Sevgilisi kişinin 600 min dollarlıq qızılını oğurladı
    • 20-05-2023, 10:55
    • 144

Sevgilisi kişinin 600 min dollarlıq qızılını oğurladı

ABŞ-nin Mayami ştatında maraqlı oğurluq hadisəsi yaşanıb.

News24.az xəbər verir ki, barda tanış olduğu kişi ilə otelə gedən qadın onun içkisinə dərman qatıb. Bundan sonra qadın kişinin 600 min dollardan çox qiyməti olan zinət əşyalarını və "Rolex" saatını oğurlayıb. 

Yuxudan ayılan kimi vəziyyəti görən kişi dərhal polisə zəng vuraraq qarət olunduğunu bildirib. Lift kamerasını araşdıran polis qadının əlindəki qızıl-zinət əşyaları və rolex saatını dərhal müəyyən edib.