"Təsir dairəsi" düşmən olan iki ailəni barışdırdı- VİDEO
    • 23-05-2023, 00:21
    • 219

"Təsir dairəsi" düşmən olan iki ailəni barışdırdı- VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişi qan düşmənı olan iki ailənin dialoquna nail olub.

News24.az xəbər verir ki, verilişdə ailə münaqişəsi zəminində anası atası tərəfindən qətlə yetirilən 8 yaşlı Elcanın həyatı ilə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, azyaşlının anası atası tərəfindən qətlə yetirilib. Ailələr arasında olan uzun illərin gərginliyi üzündən azyaşlı təhsildən yayınıb. "Təsir dairəsi"nin müdaxiləsindən sonra tərəflər uşağın təhsilini davam etməsi ilə bağlı razılığa gəlib.

Ciddi psixoloji travma alan azyaşlı  sinif yoldaşlarına, sevimli müəlliməsinə və məktəbinə qovuşub. O, yenidən təhsilini Zaqatalada Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanov adına Humanitar Fənlər Gimnaziyasında təhsilinə davam edəcək.