"Təsir dairəsi"ndə ata  uşaqlarının başqasından olduğunu DEDİ - Qalmaqal- VİDEO
    • 20-04-2022, 22:46
    • 339

"Təsir dairəsi"ndə ata uşaqlarının başqasından olduğunu DEDİ - Qalmaqal- VİDEO

“Xəzər” televiziyasında yayımlanan “Təsir dairəsi” verilişində növbəti qalmaqal yaşanıb. Aralarında olan problemlərlə bağlı verilişə müraciət edən, qeyri- rəsmi münasibətlə 2 uşaq sahibi Namiq və Xatirənin münaqişələri müzakirə olunub. Hətta uşaqların atası olmasından şübhə ilə danışan Namiqin suallarına cavab tapmaq üçün “DNT”  analizi belə edilib.

 Studiyaya zəng edən Namiqin anası Həcər Dadaşova nəvələrinə həsrət qalmasından şikayət edib. Lakin uşaqları hansı səbəbdən görə bilmədiyini açıqlamayıb. 

Aparıcı Lalə Azərtaş analizin nəticələrini açıqlayıb. Əsas hadisə isə bu zaman baş verib. Verilişin başlanğıcında  Namiq Dadaşovun atalığı təsdiq olunsa, oynayacağını bildirən Xatirə dediyini edib. Yaradıcı kollektivin musiqi səsləndirməsini istəyən uşaqların anası sevincini belə göstərib. Xatirə sonda göstərdiyi köməyə görə "Təsir dairəsi" verilişinin aparıcısı Lalə Azərtaşa öz minnətdarlığını bildirib.