7 məktəbli damının uçması nəticəsində öldü
    • 23-05-2023, 10:27
    • 159

7 məktəbli damının uçması nəticəsində öldü

Taylandın Phiçit əyalətində məktəbdə idman meydançasının damının uçması nəticəsində azı 7 şagird ölüb, 18-i yaralanıb.

News24.az xəbər verir ki, xəsarət alan şagirdlər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Əyalətin rayonlarından birində külək bir neçə evin damını uçurub. Əyalət rəsmiləri qasırğanın vurduğu ziyanı qiymətləndirir. /Bangkok Post/