Artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir
    • Bu gün, 17:10
    • 54

Artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir.

Təlimin planına uyğun olaraq, fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair zabitlərin məruzələri dinlənilib.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə müxtəlif maneələri dəf edərək atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri məşq ediblər.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrini idarəetmə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.