Elmira Axundova geri çağırılmasından DANIŞDI
    • 23-05-2023, 16:41
    • 374

Elmira Axundova geri çağırılmasından DANIŞDI

Prezident İlham Əliyevin Sərəncamı ilə Elmira Axundova Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

News24.az Pravda-ya istinadla xəbər verir ki, Elmira Axundova bununla bağlı suala belə cavab verib: “Sabah açıqlama verərəm...”

Xatırladaq ki, bir müddət əvvəl E.Axundovanın səhhətində problem olduğu ilə bağlı məlumatlar yayılmışdı.Onun Rusiya-Ukrayna müharibəsi başlayandan uzun müddətdir Bakıda olması müzakirəyə səbəb olmuşdu.