“Qarabağ Azərbaycandır” deyən Paşinyanın verdiyi bu tapşırıq erməniləri ŞOKA SALDI
    • 24-05-2023, 11:01
    • 223

“Qarabağ Azərbaycandır” deyən Paşinyanın verdiyi bu tapşırıq erməniləri ŞOKA SALDI

“Özünü demokratiyanın atası elan edən Nikol Paşinyan öz komandası daxilində “37-lik” ab-havasını yaradıb – partiya yoldaşlarına göstərişlər verir, nə deyəcəyini, kimə deyəcəyini özü müəyyənləşdirir”. 

News24.az
 xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır. 

“Dünən “Mülki Müqavilə” fraksiyasının iclasında deputatlara ciddi tapşırıqlar verilib ki, jurnalistlərdən mümkün qədər çəkinsinlər – həssas dövrdür, istənilən ehtiyatsız söz hadisələri alovlandıra bilər. Qeyd olunub ki, xüsusən də iki mövzuda hansı cavabların veriləcəyini bilməlisiniz. Birincisi, Aşot Paşinyanın “oğurlanması”dır. Fraksiya rəhbəri Hayk Konjoryan deputatlara bildirib ki, bu mövzuda istənilən suala cavab verilməlidir, problem hüquqi müstəvidədir, cinayətin olub-olmadığına hüquq-mühafizə orqanlarının əməkdaşları qərar versinlər. İkincisi, Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransında səsləndirdiyi bəyanatlar, xüsusən də Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması məsələsidir. Bu münasibətlə deputatlara Nazirlər Kabinetinin rəhbərinin fikirlərini bölüşdüklərini söyləmək tapşırılıb.

Dünən ilk olaraq Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan dərsini yaxşı öyrəndiyini nümayiş etdirdi. Bəzi müxalifət deputatları tribunadan Paşinyanın bəyanatlarını pisləyəndə və Qarabağla bağlı təcili müzakirəyə başlamağı tələb etdikdə, o, qeyri-adi soyuqqanlılıqla parlament rəhbəri baş nazirin bəyanatlarını tamamilə bölüşdüyünü deyib, daha sonra isə jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Fraksiyanın katibi Artur Hovhannisyan isə jurnalistlərlə söhbətində Paşinyanın sözlərini praktiki olaraq təkrarlayıb”, - nəşr qeyd edib.

Turan