Süveyş kanalını bloklayan gəmi hərəkətə gətirildi
    • 29-03-2021, 11:02
    • 316

Süveyş kanalını bloklayan gəmi hərəkətə gətirildi

Süveyş kanalında dayaz yerdə ilişib qalan “Ever Given” konteyner gəmisi hərəkətə gətirilib.

News24.az xəbər verir ki, bu barədə "Bloomberg" dəniz xidməti təminatçısı "Inchcape Shipping"ə istinadən məlumat yayıb. 

Bildirilib ki, kanalda gəmilərin hərəkətinin dayanmasına səbəb olan “Ever Given”in bazar ertəsi günü yerli vaxtla 04:30-da yenidən üzməsi təmin edilib.

Buna baxmayaraq kanalın nə vaxt açılacağı hələ bəlli deyil.