Bakı sakini külli miqdarda heroinlə saxlanıldı
    • 25-05-2023, 10:32
    • 142

Bakı sakini külli miqdarda heroinlə saxlanıldı

Bakıda heroin alverçisi saxlanılıb.

News24.az
xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Şəhər sakini Niyazov Cavid Azər oğlu paytaxtın Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 41/47 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə gətirilib, üzərində axtarış aparılan zaman üzərindən 205,032 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Nəsimi RPİ-də CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.