Paşinyan Moskvanın təkliflərini dəstəkləmir, saziş imzalamaz!
    • 25-05-2023, 11:26
    • 129

Paşinyan Moskvanın təkliflərini dəstəkləmir, saziş imzalamaz!

“Bu gün Moskvada keçiriləcək üçtərəfli görüşlə əlaqədar bəzi detalları əldə etdik. Xüsusilə, Xarici İşlər Nazirliyindəki mənbəmizə görə, çətin ki, bu gün Moskvada, xüsusən də fundamental məsələlər ətrafında konkret razılıq əldə olunsun. Ermənistan tərəfi, yumşaq desək, əslində Rusiya Federasiyasının təkliflərini dəstəkləmir, Qərbin təqdim etdiyi təkliflər paketində kifayət qədər maraqlıdır”.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

“XİN-dəki mənbəmiz onu da bildirdi ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqanın Vaşinqton administrasiyasının Ermənistan və Azərbaycan rəhbərliyinə ən mübahisəli məsələlərin həlli ilə bağlı öz təkliflərini təqdim etməsi təsadüfi deyil”, - nəşr qeyd edib.

Turan