Çirkab su sakinlərin həyətinə dolur... - VİDEO
    • 25-05-2023, 13:30
    • 226

Çirkab su sakinlərin həyətinə dolur... - VİDEO

Şamaxıda Yuxarı məhəllələrin çirkabı aşağı məhəllədə yaşayan sakinlərin həyətlərinə dolur.

News24.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, çirkab su insanların hər gün istifadə etdikləri yol boyu axır, hərəkətə çətinlik yaradır.

Sakinlər deyir ki, mövcud vəziyyət onları təngə gətirib. Sözügedən ərazidə kanalizasiya sistemi olmadığından yalnız açıq arxlardan istifadə edilir.

Məsələyə aidiyyəti Qurumdan münasibət bildirilib.

Sakinlər problemin tezliklə aradan qaldırılmasını istəyirlər. Çünki yay aylarında çirkabın yaratdığı üfunət dözülməz olur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: