Heydər Əliyevin 100 illiyi ilə bağlı müsabiqə keçirilir
    • 25-05-2023, 16:06
    • 212

Heydər Əliyevin 100 illiyi ilə bağlı müsabiqə keçirilir

“Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurası Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müsabiqə elan edilib.

News24.az xəbər verir ki, yaradıcılıq müsabiqəsi kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında keçirilir.

Müsabiqə üzrə 3 istiqamət nəzərdə tutulur:
1. Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli;
2. Heydər Əliyevin reallaşan arzusu: Qədim İpək Yolundan TRASEKA-yadək, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında;
3. Sibirin və Uzaq Şərqin böyük kəşfi - Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi.
Müsabiqə üzrə mükafatlandırma “Müsabiqə istiqamətləri” bölməsində göstərilmiş hər mövzu üzrə ayrılıqda aparılacaq.
3 istiqamət üzrə qaliblərin hər biri:
I yer (3 nəfər) - 1000 manat
II yer (3 nəfər) - 700 manat
III yer (3 nəfər)- 500 manat
İştirakçılara həvəsləndirici mükafatlar da təqdim olunacaq.

Müsabiqəyə 01 iyun 2023-cü il tarixinindən 15 iyul 2023-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, müsahibələr, həmçinin, telekanallarda efirə verilmiş video-materiallar, video-çarxlar, radiolarda səsləndirilmiş audio-materiallar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.
Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.

Yazılarda, telekanal və radio materiallarında “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Müsabiqə qaliblərinin adları 2023-cu il iyul ayının 20-də açıqlanacaq.