“Türk Evi”nə hücum edən şəxs SAXLANILDI
    • 26-05-2023, 18:36
    • 232

“Türk Evi”nə hücum edən şəxs SAXLANILDI

Nyu-Yorkda yerləşən “Türk Evi”nə hücumda şübhəli bilinən şəxs saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun və BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi “Türk Evi” adlanan inzibati bina mayın 23-də hücuma məruz qalıb. BMT ilə üzbəüz yerləşən binanın pəncərələri sındırılıb. Hücumda Türkiyənin Giresun rayonunda qeydiyyatda olan və Türkiyədə sağlamlığa zərər vurma, hədələmə və narkotik saxlama maddələri ilə məhkum olunmuş Rəcəb Akbıyıkın iştirak etdiyi müəyyən edilmişdi.