4 il sonra açılan tabut: Görənlər çaşıb qaldı
    • 30-05-2023, 18:02
    • 175

4 il sonra açılan tabut: Görənlər çaşıb qaldı

ABŞ-in Kanzas ştatının sakinləri bir cəsədə tamaşa etmək, hətta ona toxunmaq üçün növbəyə dayanıb. Sakinlər cəsədin müqəddəs olduğuna inanırlar. Söbət 4 il əvvəl vəfat etmiş rahibə Vilhelmina Lancasterin cəsədindən gedir.

News24.az xəbər verir ki, V.Lancaster 2019-cu ildə 95 yaşında vəfat edib. Xristian adətinə uyğun dəfn edilib. Kanzas ştatında ötən həftə icra olunan dini mərasim adətinə uyğun olaraq rahibənin tabutu açılıb. Tabut açıldıqda mərasimdə iştirak edənlər heyrətə gəlib. Tabutun açılmasını müşahidə edənlər cəsədin heç dəyişikliyə uğramadığına şahidlik ediblər. 4 il əvvəl dəfn edilmiş qadının cəsədi necə olub ki, indiyədək xarab olmayıb, heç bir dəyişikliyə uğramayıb? Bu hadisə ştatda şok effekti yaradıb. Cəsədin dəyişikliyə uğramaması haqqında mülahizələrini söyləyən monastır yepiskopu deyib ki, rahibənin cəsədi mumiyalanmayıb, tabutu da adi taxtadan düzəldilib:

“Rahibə Lancaster adi insanalr kimi dəfn edilib. Zənn edirdik ki, tabut açılarkən insane sümükləri ilə qarşılaşacağıq. Amma gözlədiyimizin əksinə, heç dəyişikliyə uğramamış bir cəsəd gördük. Polis rahibə Lancasterin genetik müayinəsi üçün cəsəddən bəzi nümunələr götürüb. Geniş, ətraflı ekspertiza aparılacaq”. Hazırda rahibənin ziyarəti davam edir. Hər gün azı 1000 ziyarətçi rahibənin cəsədinin qoyulduğu kilsəyə gəlir. İnsan axını gücləndiyi üçün yerli polis önləmləri artırıb. Kilsə yolunda da təhlükəsizlik tədbirləri gücləndirilib, bölgəyə xeyli sayda polis əməkdaşı cəlb edilib. Ziyarətə gələnlərə rahibə Lancasterə toxunmağa və dua etməyə icazə verilir. Cəsədin yanında belə bir xəbərdarlıq lövhəsi də qoyulub: “Bacımızın vücuduna, xüsusən də ayaqlarına toxunurkən, lütfən, incə davranın”. Bildirilir ki, cənazənin ziyarəti bir müddət davam etdiriləcək, sonra isə cəsəd şüşə örtüyün altına qoyulacaq. Onu görmək istəyənlər ancaq məsafədən ziyarət edə biləcək, lakin toxuna bilməyəcəklər. Belə bir elzn verildiyi üçün də ziyarətçilərin  sayı getdikcə artır. /sherg/