Azərbaycanlı gənc dünyanın məşhur şirkətində vəzifəyə TƏYİN OLUNDU
    • 31-05-2023, 11:35
    • 200

Azərbaycanlı gənc dünyanın məşhur şirkətində vəzifəyə TƏYİN OLUNDU

Azərbaycanlı gənc Əlisahib Qarayev dünyanın ən böyük kimya istehsalçısı şirkətində fəaliyyətə başlayıb.

News24.az xəbər verir ki, o, BASF şirkətinin Maliyyə və Mühasibatlıq Departamentində EMEA - Regional Treasury Analyst vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ə.Qarayev 2016-2020-ci illərdə Azərbaycan Universitetinin Biznes və İqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsini yüksək nəticə ilə başa vurub.

O, 2020-2021-ci illərdə Berlin şəhərində yerləşən International Universitydə International Finance and Accounting ixtisasından magistr təhsili alıb. 2022-ci ildə dünyanın ən nüfuzlu konsaltinq şirkətlərindən biri olan KPMG-də maliyyə məsləhətçisi kimi təcrübə keçib.

İngilis və alman dillərini bilir.