Qələbədən sonra geri çəkildilər - “Ərdoğan çox güclüdür”
    • 31-05-2023, 23:37
    • 182

Qələbədən sonra geri çəkildilər - “Ərdoğan çox güclüdür”

Prezident seçkilərində qalib gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya mediasının gündəmindən düşmək bilmir.

Seçki prosesinin ilk günündən sonadək Ərdoğan və Türkiyə barədə skandal və təxribatçı ifadələrə yer verən “The Economist” nəşri geri addım atıb.

Bütün xəbərlərində Ərdoğanı “diktator” adlandıran ingilis nəşri bu dəfə onunla bağlı “çox güclü lider” ifadəsinə yer verib.

“Ərdoğanın Türkiyədə prezident seçkilərində qalib gəlməsi onun artıq nə qədər gücə malik olduğunu göstərir”, - məqalədə deyilir.

Ötən günlərdə isə “The Economist” bunun tam əksini yazmışdı. Tarixi qələbədən sonra nəşr türk xalqının iradəsini heçə saymışdı: “Türkiyə öz demokratiyasını bərpa etmək üçün son on ildə ən yaxşı şansını itirdi”. /Telegraf.com/