“Turan Tovuz“un legioneri milliyə çağırıldı
    • 6-06-2023, 11:14
    • 120

“Turan Tovuz“un legioneri milliyə çağırıldı

"Turan Tovuz"un futbolçusu Roderik Miller Panama millisinə dəvət alıb. 

News24.az
 xəbər verir ki, müdafiəçi 11-18 iyun tarixlərində KONKAKAF Millətlər Liqasındakı oyunlarda, daha sonra isə KONKAKAF "Gold Cup 2023"də Panama millisinin sərəncamında olacaq. 

Qeyd edək ki, Roderik Miller Panamanın əsas millisində 30 oyun keçirib və 1 qol vurub.