Hakan Fidan haqda sensasion FAKTLAR: Ermənilərə qarşı əməliyyat, “Böyük Ermənistan” xülyasını...
    • 6-06-2023, 14:02
    • 1 423

Hakan Fidan haqda sensasion FAKTLAR: Ermənilərə qarşı əməliyyat, “Böyük Ermənistan” xülyasını...

Keçmiş MİT sədri və hazırda Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanın mənsub olduğu Hasenan tayfası Malazgirt Zəfərindən 1800-cü illərin sonlarında II Əbdülhəmid tərəfindən qurulan Həmidiyyə Alayları və onların erməni quldur dəstələrini məhv etdikləri böyük mübarizəyə qədər mərkəz mövqedə bir ailə olub.

News24.az xəbər verir ki, bu barədə “Yeni Akit” qəzetinin Hakan Fidanla bağlı apardığı araşdırma materialında qeyd olunub.

Hakan Fidan bir çox terror təşkilatlarını məhv etməsi, dünyanın bir çox yerində həyata keçirdiyi əməliyyatlar və beynəlxalq aləmdə qazandığı uğurlarla sağ ikən qəhrəman adına layiq bir şəxsiyyət kimi tarixə düşüb. Ankarada doğulan və əslən Vandan olan Hakan Fidanın Hasenan tayfasının Seyitki qolundan olduğu deyilir. Tayfanın tarixinə nəzər saldıqda Fidanın mübarizəsi üçün “onun qanında varmış” demək dəqiq təsbit olar.

1600-cü illərdən etibarən mərkəzi Muş, Malazgirtdə olan və Mardin, Van, Şanlıurfa, Diyarbəkir və ətraf şəhərlərə yayılan Hasenan tayfası Səfəvilərdən Səlcuqlara, Osmanlılardan Türkiyə Cümhuriyyətinə uzanıb, Anadolu, Qafqaz və Mesopotamiya bölgələrində varlığını sürdürüb, adı çəkilən coğrafiyada hərbi, siyasi və mədəni baxımdan əhəmiyyətli rol oynamış köklü bir tayfadır.



Tayfanın Torun, Malbat, Seyitki, Şeğki, Karace, Tiroken, Guloyi kimi bir çox qolları var. Hasenan tayfası kürd mənşəli tayfadır. Peyğəmbərin (seyid) nəslindən olan ərəb mənşəli tayfanın bir neçə qolu da vardır. Hakan Fidanın mənsub olduğu Seyitki qolunun “seyid olmadığı”, kürd mənşəli bir qolu olduğu düşünülür. (Lakin keçmişdə qəbilələrarası nikahlara görə Peyğəmbərin nəsli ilə qan qohumluğu ola bilər).

Hasenan tayfasının tarixi və Hakan Fidan 

Tayfanın ən az 1200 ildir bölgədə olduğu və Sultan Alparslanın Anadolu cihadı üçün qapılarına qədər getdiyi Malazgirtdə Hasenan tayfasının bir çox kürd tayfaları kimi Bizans ünsürlərinə qarşı axınçılara yardım etdiyi məlumdur.

Erməni quldur dəstələrinə qarşı mübarizə

Hasenan tayfasının yaxın tarixdə iz qoyduğu illər 1800-cü illərin sonlarıdır. Ruslardan, daha sonra isə Avropadan aldıqları dəstəklə “Böyük Ermənistan” xülyasını həyata keçirmək istəyən ermənilər Osmanlıya qarşı üsyana qalxdılar. Erməni quldur dəstələri bu günkü Şərqdə və Cənub-Şərqdə çoxlu qanlı qırğınlar törədiblər. Kürd kəndlərinə basqın edən, daşı daş üstündə qoymayan, boşaldıb məskunlaşmaq məqsədilə müsəlman kürd, ərəb və türkmənləri köç etməyə məcbur edən ermənilər bölgədə böyük xaosa səbəb olublar.

İmperatorluğun başında olan Sultan Əbdülhəmid səbri tükənən bölgənin Milan, Hasenan, Hayderan, Mutki və s. tayfalarının başçılarını, bölgənin fikir liderlərini-başçılarını “Yıldız Sarayı”na toplayır. Xülasə; erməni quldur dəstələrinə qarşı mübarizə aparmaq üçün tayfa başçılarına, o cümlədən Hakan Fidanın qohumlarının/əmilərinin olduğu Hasenan tayfasının başçılarına hərbi səlahiyyətlər və rütbələr verilir.



Bu hərbi dəstə “Hamidiye Alayları” adlanır. (Qeyd: 1. Adları çəkilən tayfalar bir-biri ilə qohumdur. 2. Türk İslamçılığının önəmli adlarından olan Mətin Yüksel Hayderan tayfasındandır. 3. Müsəlman fikir adamı Saleh Mizrabeyoğlu Mutki qəbilə başçısı Hacı Musa bəyin nəvəsidir).

Adı çəkilən tayfalardan ibarət olan Həmidiyyə alayları mülki ermənilərə qarşı son dərəcə mərhəmətli olmaqla, erməni quldur dəstələrinin kökünü kəsirlər. Hakan Fidanın böyük əmiləri/qohumları deyə biləcəyimiz - Hasenanlı Mehmet Sofi Paşa, Hasenanlı Kaymakam Fətullah bəy, Rıza Bəy və başqaları nizami hərbi birləşmələri ilə böyük qələbələr qazandılar. Bununla da Avropa və Rusiyanın bölgədəki planları iflasa uğradı.

Akqabay