Türkiyə hökumətinin yeni tərkibdə ilk iclası keçirilir
    • 6-06-2023, 16:44
    • 185

Türkiyə hökumətinin yeni tərkibdə ilk iclası keçirilir

Yeni tərkibli Türkiyə Nazirlər Kabinetinin iclası keçirilir.

News24.az xəbər verir ki, iclasa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir.

İclasın ən əhəmiyyətli gündəm maddələrindən biri iqtisadiyyatda qarşıdakı dövrdə atılacaq ilk addımlardır.

Bundan əlavə, terrorla mübarizə, Rusiya-Ukrayna müharibəsi, İsveçin NATO-ya üzvlüyü kimi regional və qlobal məsələlərin də müzakirə olunması gözlənilir.