"Pulun bir hissəsini Anar oğurlayıb, digərini də mən..."
    • 6-06-2023, 17:03
    • 232

"Pulun bir hissəsini Anar oğurlayıb, digərini də mən..."

"Pulun bir hissəsini Anar oğurlayıb, digərini də mən".

News24.az xəbər verir ki, bu sözləri SÖZ.AZ-ın "Söz sizdə" rubrikasında qonaq olan Xalq yazıçısı Çingiz Abdullayev deyib. 

Çingiz Abdullayev bildirib ki, ayrılan ümumi xərc 200 mindən daha çox olub: "Ümumi xərc 700 min manat ayrılmışdı. O pulu bizə verəndə hər bir xərcin hesabını etmişdilər. Prezident Aparatı, Maliyyə Nazirliyi yoxlayıb bizə vermişdi. İnsanlar pulun hara xərclənməsi ilə bağlı Ramiz Rövşəni, Rəşad Məcidi, İsa Həbibbəylini incidirdilər. Sonda da jurnalistlərdən biri mənə yaxınlaşdı ki, bu zalda o ayrılan məbləğ qədər xərc görmürəm. Mən də ona elə sərt cavab verdim. Bəlkə də düz etmədim. Mən səbrli adamam, amma görünür, həmin məsələdə dözümlü ola bilmədim. Ona görə ki, sual çox absurd idi. Çalışan hər bir şəxs bilir ki, bu kimi tədbirlərdə nə qədər pul xərclənir. İndi də düşünürəm ki, sual verilməməli idi. Sual verən şəxs mənə yox, özünə hörmət etməli idi". 

Çingiz Abdullayevin qadınlar, xəyanət, jurnalistlər haqqında fikirləri ilə daha ətraflı aşağıdakı videomaterialdan tanış ola bilərsiniz: