Azərbaycanda bu xidmət işə düşəcək —  Danışıqlar gedir
    • 7-06-2023, 12:37
    • 218

Azərbaycanda bu xidmət işə düşəcək — Danışıqlar gedir

Starlink və Azərbaycan peyk internetinin işə salınması barədə danışıqlar aparırlar.

News24.az xəbər verir ki, bu barədə Trend-ə Starlinkin kommunikasiyalar üzrə meneceri Asnid Amir deyib.

Onun sözlərinə görə, bütün ölkə ərazisində artıq peyk əhatəsi əlçatandır.

"Hazırda peyk interneti xidmətlərinin göstərilməsi üçün lisenziyaların alınması üzrə işlər aparılır. Ümumi razılıq əldə olunduqda Azərbaycanda bu xidməti işə sala bilərik", - o deyib.

Qeyd edək ki, mayın 9-da Azərbaycan Kosmik Agentliyi və ABŞ-nin "SpaceX" korporasiyası əməkdaşlıq sazişi imzalayıblar. Bu əməkdaşlıq Azərbaycanın ən ucqar rayonlarında belə yüksəksürətli internetə çıxışı təmin edəcək.