Dubay hökmdarının qızı evləndi - Nağıl kimi toy - VİDEO
    • 12-06-2023, 17:12
    • 224

Dubay hökmdarının qızı evləndi - Nağıl kimi toy - VİDEO

Bir neçə ay əvvəl rəsmi nikah bağlayan Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşidin qızı Şeyxa Mara ilə şeyx və iş adamı Mana bin Məhəmməd bin Rəşid bin Məna Əl Məktumun ötən həftəsonu toyu olub.

News24.az
xəbər verir ki, 29 yaşlı gəlinlə bəyin görüntüləri sosial mediada yayılıb. Gənclərin toyu yeni statuslarına uyğun olaraq çox dəbdəbəli keçirilib. Gəlinin muncuqlar və bahalı daş-qaşla işlənmiş gəlinliyini "Ezra Couture" yerli ərəb brendi hazırlayıb. O, obrazıbnı brilyant qaşlı zinət əşyaları ilə tamamlayıb.

Yeni evlənənlərin çiçəklərlə bəzədilmiş qar kimi ağappaq tortunu xüsusi qeyd etmək lazımdır. Ölçüsü bir neçə metr olan tortu kəsən gəlinlə bəyin görüntüləri sosial mediada yayılıb.