Ruslar geri çəkilən əsgərləri güllələdi – ŞOK VİDEO
    • 12-06-2023, 22:21
    • 174

Ruslar geri çəkilən əsgərləri güllələdi – ŞOK VİDEO

Rusların döyüş mövqeyini qoyaraq qaçan əsgərlərini güllələdiyini əks etdirdiyi bildirən video yayılıb.

News24.az Axar.az-a istinadən xəbər verir ki, Teleqram kanallarında yayılan görüntülərin Ukraynaya məxsus PUA tərəfindən qeydə alındığı iddia edilir.

Videoda 7 rusiyalının mövqelərini tərk edərək qaçdığı bildirilir, onların 6-sı silahsızdır, yalnız birində silah var. Meşəyə sığınmağa çalışan əsgərlərin qarşısına üç silahlı rus əsgərinin çıxdığı və onları güllələdiyi deyilir.

Videonun konkret olaraq hansı istiqamətdə çəkildiyi barədə məlumat yoxdur.