Fatih Portakal kəndliləri aşağılayan Kılıçdaroğlunu təhqir etdi: Niyə uduzduğunu...  - VİDEO
    • 13-06-2023, 12:34
    • 488

Fatih Portakal kəndliləri aşağılayan Kılıçdaroğlunu təhqir etdi: Niyə uduzduğunu... - VİDEO

Türkiyəli müxalif telejurnalist Fatih Portakal “Sözcü TV”-nin efirində kəndlərdə yaşayan vətəndaşları aşağılayan CHP lideri Kamal Kılıçdaroğlu ilə Əkrəm İmamoğlu və Özgür Özəl kimi şəxslərə namizəd göstərməyə çalışan Faiq Öztrakı canlı yayımda ağır sözlərlə hədəfə alıb.

News24.az
 
xəbər verir ki, seçkilərdən 12 gün sonra ekranlara çıxan Kamal Kılıçdaroğlu kənd və yaylaqlarda yaşayan vətəndaşları aşağılayan ifadələr işlədib.

Kılıçdaroğlu dəyişiklik çağırışlarına qulaq asmasa da, Faiq Öztrakın namizədlik mesajını verən İmamoğlu və Özəl haqqında açıqlamalarından sonra Fatih Portakal hiddətlənib.

Portakal Kılıçdaroğlu və Öztrakı ağır sözlərlə ittiham edib, Əkrəm İmamoğlu və Özgür Özəli “cəsur olmağa” çağırıb.

“CHP-nin niyə uduzduğunu Kılıçdaroğluna baxanda anlaya bilərsiniz. Lider ancaq bu qədər özünü aşağı çəkə bilər. Belə təkəbbürlü baxış ola bilməz. Mayın 28-dən əvvəl rolmu oynadınız? Qürurlu bir şəkildə ayrıla bilərdiniz. Amma ayrılmırsınız. İnsanları aşağılayırsınız, həm də efirdə. O zaman siz İç Anadolunu tamamilə unutmusunuz. Siz kəndli insanları tamamilə tərk etmisiniz. Şəhərlərdəmi oynayacaqsınız? Bu, ağır məğlubiyyət deyilmiş. Belə qəribə cümlə olur? Hakimiyyət dəyişməsə, onu dəyişən müxalifətdir. O zaman dəyişməniz üçün əlimdən gələni edəcəm. Bu təkəbbürlə o kreslolarda oturmaq olmaz. Seçiciləri ələ salırsınız”, - deyə Portakal qeyd edib.

İmamoğlu və Özələ səslənən Portakal deyib ki, dəyişiklik istəyirsinizsə, ortaya çıxın və cəsarətli olun: “Siz hansı dünyada yaşayırsınız? Dəyişmək lazımdır. Siz də bu təkəbbürlü şəkildən əl çəkəcəksiniz. Siz seçiciləri narazı salırsınız. Müxalifət dəyişməsə, vətəndaş nə lazımdırsa edir. Partiyada dəyişiklik istəyənlər var. Cəsarətli olun, ortaya çıxın! Özgür Özəl nə qədər cəsarətlidir? Partiyanın yuxarı təbəqəsi sözsüz ki, liderini dəyişmək istəmir. Müxalifət lideri seçkilərdən sonra ilk dəfə efirə çıxır. Reytinqlər çox aşağıdır. Həmin ekranlar doldurulmalı idi. Artıq insanları həyəcanlandırmırsınız. Mən mübarizə aparacam ki, siz o kresloda oturmayasınız. Siz itirirsiniz. Özünüzü və partiyanı bitirirsiniz. CHP-nin indi yeni yol xəritəsini çəkməsi lazımdır. Siz o kresloda otura bilməyəcəksiniz”.

Fatih Portakalın Kamal Kılıçdaroğlunu hədəf alan sözlərindən sonra Cümhuriyyət yazarı Bilgin Gökberkin Portakala reaksiyası gecikməyib. Sosial media hesabında Portakalı hədəf alan Bilgin qeyd edib: “F.Portakal “Sözcü”də üslubunu dəyişdirdi, Kamal bəyi qorxaq, həyasız adlandırır, heç bir jurnalist şərhçinin bu üslubla partiya liderini hörmətdən salmağa haqqı yoxdur, müxalifət mediası müxalifət partiyalarından əvvəl özlərini təmizləməlidir!”.

Akqabay