Ermənipərəst rusiyalı deputat Zatulin vəzifəsini itirə bilər
    • 13-06-2023, 17:53
    • 165

Ermənipərəst rusiyalı deputat Zatulin vəzifəsini itirə bilər

Rusiya Dövlət Dumasının deputatı, hakim “Vahid Rusiya” partiyasının üzvü Konstantin Zatulin bu həftə MDB-nin parlament komitəsi sədrinin birinci müavini vəzifəsini itirə bilər.

News24.az xəbər verir ki, bu barədə “Vedomosti”yə üç mənbə bildirib.

Zatulinin hərəkətlərini müzakirə etmək üçün bir neçə səbəb var. Xüsusilə, iyunun 1-də o, Azov dənizi ilə bağlı Ukrayna ilə sazişin ləğvi edilməsi haqqında prezidentin qanun layihəsinin müzakirəsini nəzərdən qaçırıb.

Lakin həmin gün deputat “Bizə necə Ukrayna lazımdır?” forumunda çıxış edərək, Ukraynadakı “xüsusi əməliyyat”ın məqsədləri ilə bağlı heç bir nəticənin əldə edilmədiyini bildirərək, ölkənin hərbi-siyasi hakimiyyət tənqid edib.

Deputat tezislərini iyunun 7-də Krımda iclas zamanı da təkrarlayıb.

Qeyd edək ki, Konstantin Zatulin qatı ermənipərəst mövqeyi ilə tanınır. O, zaman-zaman Azərbaycan əleyhinə bəyanatlar səsləndirib. Buna baxmayaraq, Zatulin Nikol Paşinyan hakimiyyətinin tənqidçisidir. Buna görə də rusiyalı deputata Ermənistana giriş qadağan edilib.

Akqabay