-
- 22-02-2019, 16:01
- 1 020
Ramzan Kadırov özündən çıxdı
Çeçenistanın rəhbəri Ramzan Kadırov qaydasız döyüş üzrə yüngül çəkidə çempion olmuş Həbib Nurməhəmmədovun yarışlardan diskvalifikasiya olunmasına və 500 min dollar məbləğində cərimələnməsinə sərt münasibət bildirib.
Kadırov bunun bütün Qafqazı narahat etdiyini və alçaltmaq olduğunu deyib.
"Qafqazı təmsil edən bütün adamlarımız alçaldılıb və onlara böhtan atılıb. Bizim döyüşçülərimizə verilən cəza ilə özündənrazı irlandiyalı provakatora verilən cəza arasındakı anlaşılmazlığa baxın", - deyə, Kadırov sosial şəbəkə hesabında yazıb.
Kadırov həmçinin bildirib ki, Qafqaz döyüşçüləri üçün pul və şöhrət deyil, şərəf və ləyaqət önəmlidir.
Qeyd edək ki, Nurməhəmmədov ötən ilin oktyabrında irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edmiş və döyüş bitdikdən sonra onun komanda üzvlərinə hücum çəkmişdi. Bu hadisəyə görə Nurməhəmmədov 9 aylıq yarışlardan uzaqlaşdırılmış və 500 min dollar məbləğində cərimələnmiş, Makqreqor isə yarım il müddətinə yarışlardan diskvalifikasiya edilmiş və Nurməhəmmədova verilən pul cəzasından 10 dəfə az cərimələnmişdi.