DYP "Son zəng"lə bağlı mühüm məlumat YAYDI
    • 14-06-2023, 18:35
    • 229

DYP "Son zəng"lə bağlı mühüm məlumat YAYDI

"Son zəng"lə əlaqədar paytaxt ərazisində, ümumtəhsil məktəblərinin ətrafında həm ərazi aidiyyatı üzrə, həm də yol patrul xidməti əməkdaşları tərəfindən gücləndirilmiş qaydada xidmət təşkil olunub.

Bu barədə News24.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin(DYPİ) rəsmisi, polis mayoru Araz Əsgərli bildirib.

DYP əməkdaşı deyib ki, paytaxt ərazisində “Son zəng” tədbiri ilə əlaqədar məzunlar arasında ictimai qayda pozuntusu və yol hərəkəti qaydaları əleyhinə inzibati xəta aşkar olunmayıb: “Öncədən xəbərdaredici çağırışlarımıza məsuliyyətli münasibət sərgiləyən bütün vətəndaşlarımıza təşəkkür edir, gənclərimizə isə gələcək həyatlarında uğurlar arzu edirik! Yolunuz açıq olsun!”