Tanınmış jurnalist Zülfüqar Hüseynzadə qəfil VƏFAT ETDİ
    • 18-06-2023, 11:44
    • 224

Tanınmış jurnalist Zülfüqar Hüseynzadə qəfil VƏFAT ETDİ

"Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu sabah Kəlbəcərdə vəfat edib.

News24.az xəbər verir ki, əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar Hüseynzadə doğma yurduna ziyarətə gedibmiş.

Alaçıq quraraq, gecəni kənddə keçirən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib.

Z. Hüseynzadənin 52 yaşı vardı.