Azərbaycan minatəmizləmə sahəsində Ukraynanı avadanlıqla təmin edəcək- NAZİR
    • 21-06-2023, 21:18
    • 231

Azərbaycan minatəmizləmə sahəsində Ukraynanı avadanlıqla təmin edəcək- NAZİR

Azərbaycan minatəmizləmə sahəsində Ukrayna üçün avadanlıq təmin etmək niyyətindədir.

Bu barədə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında çıxışında deyib.

Azərbaycanın post-münaqişə dövründə bərpa və yenidənqurma təcrübəsinə istinad edən nazir Ceyhun Bayramov, Ermənistan işğalından azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd edib.

Bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin verilməməsinin, habelə mina təhdidinin davam etdirilməsinin görülən işlərə hədə törətdiyi diqqətə çatdırılıb.

Mövcud çətinliklərə baxmayaraq, Azərbaycanın mina təmizləmə sahəsində də Ukrayna üçün avadanlıq təmin etmək niyyətində olduğu bildirilib. /APA/