Kamran Əliyev erməni təxribatlarından DANIŞDI
    • 22-06-2023, 15:12
    • 160

Kamran Əliyev erməni təxribatlarından DANIŞDI

Təəssüf ki, qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar və yenə də davam etdirirlər.

News24.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev deyib.

"May ayının 26-da iki erməni hərbiçisinin bizim sərhədi pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə ölkə ərazisinə keçmələri və bizim hərbiçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşsıının alınması, digər tərəfdən iyunun 15-də yenə də Azərbaycan sərhəd xidmətinin əməkdaşlarına heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmamızı zəruri edir", - deyə Baş Prokuror bildirib.