Çoxmərtəbəli binada baş verən yanğının səbəbi məlum olub
    • 25-02-2019, 15:26
    • 642

Çoxmərtəbəli binada baş verən yanğının səbəbi məlum olub

Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğının səbəbi açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən məlumata görə, yanğına səbəb elektrik kabellərinin yüklənməsi olub.

Məlumatda bildirilib ki, elektrik kabellərində yaranmış tüstülənmənin qarşısı alınıb. Bildirək ki, baş verən yanğın zamanı binadan çıxarılan körpə və anası Toksikologiya Mərkəzinə yerləşdirilib.

Yanan binadan çıxarılan 13 nəfərə yerindəcə ilkin tibbi yardım göstərilib.