Metroda əlində bıçaqla yatdı: 3 NƏFƏR YARALANDI
    • 25-06-2023, 14:56
    • 177

Metroda əlində bıçaqla yatdı: 3 NƏFƏR YARALANDI

Tokioda qatarda bıçaqlı adama görə yaranan izdihamda 3 nəfər yaralanıb.

News24.az xəbər verir ki, həmin şəxs Şinjuku stansiyasında saxlanılıb və onun aşpaz olduğu üzə çıxıb.

Hadisə ilə bağlı açqılama verən şəxs işdən çıxarkən özü ilə dəsmala bükülmüş bıçaq götürdüyünü və qatarda yuxuya getdiyini bildirib: "Yatdığım zaman dəsmal yerə düşüb. Əlimdə bıçağın olması təşviş yaradıb".

Hadisə ilə əlaqədar Yamanote Dairə Xəttində qatarlar 20 dəqiqə gecikib. /NHK/