Naxçıvanda ağır yol qəzasında 4 nəfər ölüb, xəsarət alanlar var
    • 26-06-2023, 01:50
    • 197

Naxçıvanda ağır yol qəzasında 4 nəfər ölüb, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.

Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb.

Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir./Report/