ABŞ yenidən UNESCO-ya qayıdıb
    • 30-06-2023, 18:15
    • 139

ABŞ yenidən UNESCO-ya qayıdıb

UNESCO Baş Konfransının növbədənkənar sessiyasında Vaşinqtonun təklif etdiyi şərtlərlə ABŞ-ın təşkilata qayıtması barədə qətnamə qəbul edilib.

News24.az​​​ TASS-a istinadən xəbər verir ki, ümumilikdə 132 ölkə səs qətnamənin lehinə verib. 10 ölkə buna qarşı çıxıb, daha 15 ölkə isə bitərəf qalıb.

Qətnamənin qəbulu üçün 95 səs çoxluğu tələb olunurdu, ona görə də qətnamə layihəsi təsdiq edilmiş sayılır. ABŞ son beş ildə ödənilməyən üzvlük haqqı kimi toplanmış 600 milyon dollar köçürməyi planlaşdırır.

Xatırladaq ki, Vaşinqton 2017-ci ildə Tramp administrasiyası zamanında təşkilatın İsrailə münasibəti ilə bağlı UNESCO-dan çıxması barədə elan edib.