Biləsuvarda bir ailənin altı üzvü qəzaya düşdü, ölən var
    • 30-06-2023, 22:41
    • 284

Biləsuvarda bir ailənin altı üzvü qəzaya düşdü, ölən var

Biləsuvarda bir ailənin altı üzvü qəzaya düşüb, ölən və yaralılar var.

News24.az​​​-ın məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini, Nazim Abbasov idarə etdiyi minik avtomobilini qəfildən yolun kənarına aşırıb.

Hadisə nəticəsində avtomobildə olan sürücünün ailə üzvləri - 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Ə.Əbdülhəsənli və 2021-ci il təvəllüdlü T. Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına aparılıb. Sürücü N.Abbasov isə dünyasını dəyişib. İlkin məlumata görə, sürücü hadisədən əvvəl ürəktutmasından vəfat edib.

Məlumata görə, ailə üzvləri Masallı rayonundan istirahətdən qayıdırmışlar.

Faktla bağlı araşdırma aparılır.