Beşiktaş-ın ulduzuna silahlı hücum EDİLDİ - FOTO
    • 20-05-2024, 15:32
    • 329

Beşiktaş-ın ulduzuna silahlı hücum EDİLDİ - FOTO

Mövsümün əvvəlində "Beşiktaş"a keçən və ara transfer dövründə "Marsel"ə icarəyə verilən Jan Onana ölümdən dönüb.

News24.az Avropa 1-ə istinadən xəbər verir ki, fransız futbolçunun bazar günü gecə saat 04:00 radələrində avtomobil oğrularının hücumuna məruz qaldığı iddia edilib.

Qeyd edilib ki, cinayətkarlar avtomobili oğurlaya bilməyiblər, lakin onlar odlu silahdan istifadə ediblər.

Maşınlarında çoxlu güllə dəliyi olduğu qeyd edilərkən, Jan Onana və komanda yoldaşı Moumbagnanın xəsarət almadığı bildirilib.

Bildirilib ki, avtomobil oğruları sürətlə hadisə yerindən qaçıb və polis qüvvələri tərəfindən axtarış edilib.

Günel Məlikzadə