Azərbaycan idmançılarından SIÇRAYIŞ
    • 3-07-2023, 17:26
    • 111

Azərbaycan idmançılarından SIÇRAYIŞ

Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.

News24.az
saytı xəbər verir ki, cədvəldə 2023-cü ilin arxada qalan hissəsində təşkil olunan nüfuzlu yarışların nəticələri nəzərə alınıb.

Bu müddətdə 85 ölkənin idmançıları uğur əldə edib. Bu siyahıda Azərbaycan da yer alıb.

Ölkəmiz dünyanın 39-cusudur. Azərbaycanın hesabında 79 xal var. Təmsilçilərimiz ötən cədvəllə müqayisədə 21 pilləlik sıçrayışa imza atıb.

Toplanan xallar iki idman növündə qeydə alınıb. Boksçular 52, cüdoçular 27 xal yığıb.

Bu xallardan 68-i kişi idmançıların hesabındadır. Yığmamız bu göstəricidə dünyada 32-cidir. 11 xala malik qadınlar 53-cü yerdə qərarlaşıb. Azərbaycan Avropada 22-ci yerdədir.

Qeyd edək ki, reytinqə 1187 xala malik Norveç başçılıq edir. ABŞ 1185 xalla ikinci, 1022 xala malik Fransa üçüncüdür./apasport/