“Bu məntiqlə gərək bizdə təyyarələrin uçuş qiyməti də Gürcüstandan qat-qat ucuz olsun” - Fazil Mustafadan nazir müavininə sərt REAKSİYA
    • 4-07-2023, 18:56
    • 374

“Bu məntiqlə gərək bizdə təyyarələrin uçuş qiyməti də Gürcüstandan qat-qat ucuz olsun” - Fazil Mustafadan nazir müavininə sərt REAKSİYA

Səhiyyə nazirinin müavini Rasim İsmayılov Türkiyədə qazın baha dərmanın ucuz, Azərbaycanda isə dərmanın baha qazın ucuz olması barədə fikirləri birmənalı qarşılanmayıb.

News24.az xəbər verir ki, nazir müavini sosial şəbəkələrdə sərt tənqid hədəfinə tuş gəlib.


Nazir müavininin dediklərinə sərt münasibət bildirən şəxslərdən biri də Milli Məclisin deputatı Fazil Mustafa olub. Gununsesi.info deputatın nazir müavininin söylədiklərinə cavabını təqdim edir:

“Dərman qiymətlərin fırıldağı ilə bağlı məsələni bir neçə dəfə Milli Məclisdə gündəmə gətirmişəm. Hətta şüar da təklif etmişəm:

Biz qardaş Türkiyə ilə “Bir millət, bir dərman, iki dövlət” olmalıyıq. İndi bu mövzuda Səhiyyə nazirinin müavininin açıqlamasını həm də şəxsimə cavab olaraq görürəm.

Doğrudanmı belə cavab verib? Doğrusu inanmağım gəlmədi. Ancaq inanın ki, çox sevdiyim Molla Nəsrəddinin lətifələrinə bu qədər gülməmişdim. Görün necə baməzə, 10 milyon vətəndaşımızla məzələnən bir cavab verilib:

“Bir çox hallarda Azərbaycandakı dərman qiymətlərini Türkiyə ilə müqayisə edirlər. Amma baxsaq görərik ki, orada dərman vasitələrinin əksəriyyəti daxili istehsaldır. Necə ki bizdə təbii qaz, dizel Türkiyədən ucuzdur, eləcə də dərman vasitələrinin orada daha ucuz olması təbii qəbul olunmalıdır. Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?!”

Bu məntiqlə gərək bizdə təyyarələrin uçuş qiyməti də Gürcüstandan qat-qat ucuz ola! Onlarda da neft yoxdur.”