"Bu, qarşılıqlı etimad yaratmağın ən yaxşı yoludur”
    • 6-07-2023, 13:16
    • 153

"Bu, qarşılıqlı etimad yaratmağın ən yaxşı yoludur”

Azərbaycan Qarabağın erməni azlığına humanist və sivil münasibət göstərir.

News24.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Niderlandın Haaqa şəhərində keçirilən “Cənubi Qafqaz və Avropa İttifaqı” konfransında müzakirələr zamanı deyib.

O, tədbir zamanı Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasının sabiq deputatı Tatevik Ayrapetyanın Laçın yolunun müvəqqəti bağlanmasını “Azərbaycanın Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti” kimi təqdim etmək cəhdlərinə cavab verib.

Avropa Birliyinin region üzrə xüsusi nümayəndələri, Brüsseldən yüksək səviyyəli rəsmilər, eləcə də həm Qafqaz, həm də Avropa ölkələrindən yüksək səviyyəli diplomatlar və ekspertlərin iştirak etdiyi tədbirdə danışan səfir söyləyib ki, Azərbaycan Ermənistanla sərhədin Laçın hissəsini nəzarətə götürdükdən sonra erməni azlığına humanist və sivil münasibət göstərdi:

“Bir neçə həftə ərzində 30 ildən çox separatçı rejim tərəfindən məcburi təcrid vəziyyətində saxlanılan yerli əhali Azərbaycan hakimiyyətinin nümayəndələri ilə əlaqə yarada bildi – və heç bir problem olmadı. Və bu, qarşılıqlı etimad yaratmağın ən yaxşı yoludur”, – diplomat vurğulayıb.