Qarabağda yeni gərginlik: Bu məsələ həllini tapmasa, toqquşma olacaq
    • 6-07-2023, 17:51
    • 238

Qarabağda yeni gərginlik: Bu məsələ həllini tapmasa, toqquşma olacaq

“Ermənistan və Azərbaycan arasında toqquşma ehtimalı böyükdür. Ermənistan sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Azərbaycan və Ermənistan arasında diplomatik istiqamətdə məsələ həllini tapmırsa, qısa müddət ərzində hər hansısa bir irəliləyiş yoxdursa, bu, yeni gərginlik ehtimalını artırır”. 

Bu fikirləri News24.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 

Politoloqun sözlərinə görə, Ermənistan tərəfi iyulun sonuna qədər öz qərarlarına yenidən baxmazsa, danışıqlar keçirərək vaxtı uzatmaqla məşğul olarsa, Azərbaycan Ordusu “dəmir yumruğu” işə salacaq: “Bu məsələ ilə bağlı regional və beynəlxalq müstəvidə Azərbaycan birbaşa və dolayı yolla danışıqlar aparır. Biz istəyirik ki, seperatçılar başa düşsünlər ki, bunun axırı yoxdur. Seperatçılar Qarabağı sülh yolu ilə tərk etməlidir və ləğv edilməlidirlər. Qarabağdakı qanunsuz silahlı dəstələr və Ermənistan hökuməti bunu başa düşməyəcəksə, məsuliyyət onların üzərində olacaq. Hədəf isə silahsız ermənilər deyil. Hədəf yalnız əlində silah olan, Azərbaycan dövlətinə tabe olmayan şəxslər olacaq”.

Məhərrəm Əliyev