Müdafiə naziri Ermənistana xəbərdarlıq etdi
    • 6-07-2023, 20:43
    • 196

Müdafiə naziri Ermənistana xəbərdarlıq etdi

Azərbaycan Ordusu hər an istənilən təhdidin qarşısını almağa qadirdir.

News24.az xəbər verir ki. bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

General-polkovnik bildirib ki, Ordumuzun uğurlu əməliyyatlarından düzgün nəticə çıxarmayan Ermənistan üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq silahlı qüvvələrinin qalıqlarını hələ də ərazilərimizdə saxlamaqla regionda sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi maneə yaradır. Azərbaycan Ordusu hər an istənilən təhdidin qarşısını almağa qadirdir.

Ölkəmizə səfərindən məmnun olduğunu bildirən Qırğızıstanın müdafiə naziri isə öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirib.