Azərbaycan bayrağının endirilməsi təsadüfi deyil — Politoloq gizli MƏQAMLARI AÇIQLADI
    • 7-07-2023, 17:04
    • 414

Azərbaycan bayrağının endirilməsi təsadüfi deyil — Politoloq gizli MƏQAMLARI AÇIQLADI

"Ermənistanı Qarabağla bağlayan Laçın yoluna Azərbaycan əsgərinin nəzarət etməsi bölgədə ciddi dəyişiklik yaratdı".

Bu fikirləri News24.az-a açıqlamasında politoloq Mütəllim Rəhimli deyib. Analitik bildirib ki, bununla Ermənistanın separatçı rejimi silahlandırmaq və onu idarə etmək imkanlarının qarşısı alındı:

"Bu isə təbii ki, qarşı tərəfi narahat etməyə bilməzdi. Çünki hər zaman regionda xarici dövlətlərin siyasi maraqlarının qulluqçusuna çevrilən Ermənistanın əhəmiyyəti bununla sıfıra yaxınlaşır. Yəni Azərbaycan faktiki olaraq onun manevr imkanlarını bağlayıb. Ona görə də bu ölkənin rəhbərliyi özünün lazımlılığını təmin etməyə yeni yollar axtarır. Buna görə də Paşinyanın Rusiya prezidenti Putinə zəng edərək ölkəsi üçün yaranmış arzuolunmaz situasiyanı müzakirə edib. Çox güman ki, Paşinyan Rusiya prezidentindən Qarabağda yaşayan ermənilərlə əlaqələrin Azərbaycanın nəzarətindən kənar bərpa edilməsini müzakirə edərkən Ermənistanın xidmətlərini təklif edib. İndiki məqamda Rusiyanın blokadada olduğu bir vaxtda ona müəyyən manevrlər üçün fürsətlər lazımdır. Bu, həm iqtisadi, həm hərbi, həm də siyasi yönümlü ola bilər. Ona görə də biz bütün bu sahələrdən ölkəmizə qarşı yönələcək təhdidlərə hazır olmalıyıq. Düşünürəm ki, Laçın buraxılış məntəqəsindən Azərbaycan bayrağının Rusiya sülhməramlıları tərəfindən endirilməsi də təsadüfi deyil. Rusiya hələ də ara qarışdıran Ermənistanın varlığında maraqlıdır".

Aynurə Pənahqızı