-
- 7-07-2023, 18:15
- 489
Azərbaycanda efirdə vəzifəli qohumuna böhtan atan şəxs cəzalandırıldı
23 dekabr 2022-ci il tarixində, saat 20.30-da yayımlanmış “Space xəbər” verilişində Gömrük Komitəsinin vəzifəli əməkdaşı Mübariz Əhmədov barəsində ittihamlar irəli sürən qohumuna cinayət işi açılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, M.Əhmədovun şikayəti əsasında onun dayısı oğlu, Quba rayonu Haput kənd sakini Şahin Eldarov barəsində Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə işə baxılıb. Xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə açılmış işin prosesi Yasamal rayon Məhkəməsində aparılıb.
Məhkəmədə məlum olub ki, M.Əhmədovun dayısı oğlu olan Ş.Eldarov çoban imiş və bibisi oğluna məxsus mal-qaraya baxırmış. Lakin sonradan pul məsələsinə görə onların münasibətləri korlanıb. Şahin Eldarov vəzifəli şəxs olan bibisi oğlunun ona mal-qara verməli olduğunu deyib. O, daha sonra “Space” televiziyasına müraciət edib. Müraciət əsasında sujet çəkilərək efirə verilib. Həmin sujetdə Ş.Eldarov Mübariz Əhmədovun onu aldatdığını, uzun müddət işlədərək vədinə əməl etmədiyini deyib və işgüzar nüfuzuna xələl gətirə biləcək fikirlər səsləndirib.
Bundan sonra M.Əhmədov dayısı oğlu barəsində şikayət edib və ona cinayət işi açılıb.
İşə Yasamal rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmə Ş.Eldarovu aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edib.
Taleh Bağırov