-
- 7-07-2023, 20:25
- 298
"Qarabağ"ın legioneri Türkiyə klubu ilə anlaşdı
Türkiyənin "Çaykur Rizespor" komandası "Qarabağ"da çıxış edən Kevin Medina ilə anlaşıb.
News24.az-ın məlumatına görə, bu barədə türkiyəli jurnalist Ertan Süzgün özünün Tvitter səhifəsində paylaşım edib.
O bildirib ki, kolumbiyalı futbolçu Ağdam klubunun iyulun 11-də Cəbəllütariqdə "Linkoln"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra Qara dəniz təmsilçisinin düşərgəsinə qoşulacaq.
30 yaşlı oyunçu İstanbulda tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Kevin Medina 2020-ci ilin yayından "Qarabağ"da çıxış edir.