Ağdam-Ağcabədi yolunda baş verən qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO
    • 8-07-2023, 11:44
    • 159

Ağdam-Ağcabədi yolunda baş verən qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO

Hindarx qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, iyul ayının 6-da saat 20 radələrində Ağdam-Ağcabədi yolunun Hindarx qəsəbəsi hissəsindən keçən hissəsində Şuşa rayon sakini, 2001-ci il təvəllüdlü Şamil Qasımov idarə etdiyi VAZ-2107 markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanan iki avtomobillə toqquşub, daha sonra yolun kənarında olan piyada 1955-ci il təvəllüdlü Mahir Məmmədovu vurub.
 
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.