Xızıdakı yanğının təfərrüatları açıqlanıb - VİDEO
    • 8-07-2023, 21:25
    • 229

Xızıdakı yanğının təfərrüatları açıqlanıb - VİDEO

Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın nəticəsində təxminən 60 hektar sahədə quru ot və kol-kos yanıb.

Bu barədə ​News24.az​​​-a FHN-dən bildirilib.

Ətraf ərazilər, o cümlədən meşə, yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsi və yaşayış sahələri yanğından mühafizə olunub, həmçinin yanğının Altıağac Milli Parkına keçməsinin qarşısı alınıb.