Azərbaycan Baş nazirinin müavini Çin səfiri ilə görüşdü
    • 11-07-2023, 13:39
    • 124

Azərbaycan Baş nazirinin müavini Çin səfiri ilə görüşdü

Baş nazirin müavini Şahin Mustafayev iyulun 11-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, enerji, nəqliyyat-tranzit, investisiya, informasiya-kommunikasiya texnologiyaları, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının cari ilin sonunadək Çində keçirilməsi ilə bağlı razılıq əldə olunub.