-
- 11-07-2023, 15:01
- 369
"Azərbaycanla Ermənistan arasındakı sülh prosesini sabotaj etməyə çalışırlar" - Şərh
"Ermənistan sülh danışıqları zamanı Azərbaycanın əleyhinə müxtəlif təxribatlar törədib. Bundan öncə Brüssel və Vaşinqton görüşlərində də bu təxribatlarına əl atdı. Yenə görürük ki, Ermənistan tərəfindən ölkəmizə qarşı çirkin hücumlar həyata keçirilir".
Bu fikri News24.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, Azərbaycanla Moskvada görüş keçirildikdən sonra Zəngilana diversant göndərmək Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur: "Sadəcə Ermənistan bu məsələdə manipulyasiya etmək, fikri yayındırmaq üçün Azərbaycanı növbəti dəfə ittiham etməyə çalışır. Ermənistan özü yolu azmış Azərbaycanın iki hərbçisi üzərində çirkin siyasi oyun qurdu. Azərbaycan isə iki erməni diversantı yaxalayıb. Bu diversantlar Azərbaycan əhalisinin təhlükəsizliyinə təhdid törədirdi. Bu baxımdan Ermənistanın həmişəki kimi müəyyən məsələlərə görə Azərbaycanı ittiham etməsi absurd, gülünc və qəbuledilməzdir".
Tural İsmayılov bildirib ki, separatçılar Azərbaycanla Ermənistan arasındakı sülh prosesini sabotaj etməyə çalışırlar: "Onların bu məsələdə özbaşına qərar verəcək səviyyədə olmadığını düşünürəm. Əslində Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını tam olaraq həzm edə bilmir. Həmçinin, Kremlin maraqlarından biri də separatçıların daim o ərazilərdə mövcud olmasıdır.
Çünki rus elitasında Azərbaycanın Xankəndidə yurisdiksiyasını bərpa etməsi Rusiyanın ənənəvi imperiyalist siyasi maraqlarına təhdid kimi qəbul edilir. Bu yanlış yanaşmaya görə Rusiya bu gün dünya səviyyəsində təklənmiş bir vəziyyətdədir”.
Politoloq qeyd edib ki, son dövrlər yayılan görüntülərdə Xocalıda və başqa ərazilərdə qanunsuz erməni silahlı birləşmələri rus sülhməramlılarının müşayiəti ilə birgə hərbi təlimləri keçirilir: “Bu isə onu söyləməyə əsas verir ki, Azərbaycan və Ermənistan arasında sülhlə bağlı artıq yekun nəticə əldə ediləndə separatçılardan hər an təxribat törətmək üçün istifadə edilə bilər. Amma Azərbaycan Ordusu separatçıların istənilən təxribatını yerində cavablandırmağa hazırdır”.
Məhərrəm Əliyev