Orxan Məmmədov federasiya prezidenti oldu
    • 11-07-2023, 16:01
    • 320

Orxan Məmmədov federasiya prezidenti oldu

Azərbaycan Minifutbol Federasiyasının (AMF) növbəti ümumi yığıncağı keçirilib. 

News24.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə AMF-nin hesabatı dinlənilib və qəbul edilib.

Sonra AMF-nin rəhbərliyinə yeni seçki keçirilib. Orxan Məmmədov fəxri prezident olduğu federasiyanın növbəti 4 il üçün prezidenti seçilib. Taleh Nəsibov isə vitse-prezident seçilib.  

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında qısa müddətdə ölkəmizin minifutbolda böyük uğur qazandığını qeyd edib və yeni seçkilər münasibətilə federasiya rəhbərliyini təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.