Çində magistral yol çökdü - Ölənlər var
    • 1-05-2024, 11:48
    • 145

Çində magistral yol çökdü - Ölənlər var

Çinin cənubunda yerləşən Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsi çöküb.

News24.az "Unikal"a istinadən xəbər verir ki, magistral çökməsi nəticəsində 18 avtomobil dağıntılar altında qalıb. 

Bildirilir ki,  hadisə yerinə gələn xilasedicilər dağıntılar altından 19 nəfərin meyitini çıxarıblar, daha 31 nəfər isə sağ çıxarılıb. . 

 Dağıntıların təmizlənməsi davam edir.